Çinin Müdafiə Nazirliyi Çin və Sinqapurun genişmiqyaslı birgə dəniz təlimi keçirəcəyini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bu açıqlama ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanının Sinqapurun müdafiə naziri ilə hərbi təlimlərdə genişləndirilmiş əməkdaşlığı müzakirə etmək üçün görüşməsindən bir neçə gün sonraya təsadüf edir.
Belə ki, Çin Müdafiə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Azadlıq Ordusunun donanması aprelin sonundan mayın əvvəlinə qədər Sinqapur ətrafında keçiriləcək təlimlər üçün “Yulin” freqatı və “Chibi” minaaxtaran gəmisini göndərəcək.
Qeyd edək ki, Sinqapur mart ayında Tailandda ABŞ qoşunları ilə böyük “Cobra Gold” təlimlərində iştirak edib. O, mütəmadi olaraq ölkə, region və dünya səviyyəli təlimlərdə iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.