“Gələn ay keçiriləcək 2023-cü il Türkiyə prezident seçkiləri Qərb paytaxtlarında və Moskvada maraqla izləniləcək” deyən France 24, hazırda dünyanın gözünün Türkiyədə olduğunu vurğuladı.
Azadmedia.az xəbər verir ki, Fransa mərkəzli xəbər platforması öz xəbərlərinə aşağıdakı qiymətləndirməni daxil edib - “Analitiklər deyirlər ki, Rusiya hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir, Qərb isə üstüörtülü şəkildə onun əsas rəqibi Kamal Kılıçdaroğlunu dəstəkləyir”.
Qeyd edək ki, “France 24” də vurğulayıb ki, müxalifətin qələbəsi “Türkiyəni Qərbə qaytarmaq” üçün yetərli olmaya bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.