Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
Azadmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 25-də Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib.
Belə ki, bundan öncə sülhməramlı kontingentin komandiri general-mayor Andrey Volkov idi.
Xatırladaq ki, A. Volkovun fəaliyyəti Azərbaycan tərəfindən tənqid edilirdi.
Qeyd edək ki, ötən il dekabrın 12-dən başlayaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.