Azərbaycan prezidenti İlham Əliyev İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbəni Azərbaycana həsr etmiş Türkiyə idmançılarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazanılan qələbəni Azərbaycana həsr etmiş aşağıdakı türkiyəli idmançılara “Tərəqqi” medalı verilsin:
Cansu Bektaş
Gamze Altun
Nurai Günger.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.