Bakı şəhər halqası yeddinci mövsümü ilə minlərlə azarkeşi Formula 1 Azərbaycan Qran-Prisində qarşıladı. Rekordları qıran builki Bakı yarışının bütün tribuna biletləri tamamilə satılaraq dünyanın 100-dən çox ölkəsindən azarkeşləri bir araya gətirdi. Eyni vaxtda 30 minə yaxın sürət həvəskarının canlı izlədiyi Azərbaycan Qran-Prisini 250-ə yaxın xarici və yerli media orqanı işıqlandırdı.
Azadmedia.az xəbər verir ki, yarış həftəsinin əlamətdar xəbəri kimi Azərbaycan Qran-Prisi Formula 1 yarışları təqvimində daha 3 il müddətinə yer almaqla, müqavilənin müddəti 2026-cı ilədək uzadıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.