AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin “Milli döyüş təyyarəsi” açıqlandı - Erdoğan

  • + A
  • - A
  • 1-05-2023, 17:52

    Türkiyənin  “Milli döyüş təyyarəsi” açıqlandı -


    “Milli döyüş təyyarəmizin adı “Kaan”dır”.

    Azadmedia.az Ordu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.

    “Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram”, - o bildirib.

    R.T.Erdoğan Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi gün kimi qiymətləndirib: “Bu gün müdafiə sənayesi sahəsində tarixi günlərimizi yaşayırıq. Son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda müjdələr veririk. Bunların da sırasında “TCG Anadolu” desant gəmisi, “Gökpey” təyyarəsi, “Yeni Altay” tankı, “İMECE” peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm də kosmosda sözümüzü deyə bilirik. Millətimizin xəyallarını bir-bir reallaşdırırıq”.

    Türkiyə lideri daha sonra təyyarələrin pilotları ilə görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR