AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arktika Rusiya ilə Qərb arasında növbəti qarşıdurma meydanına çevrilə bilər

  • + A
  • - A
  • 5-05-2023, 11:18

    Arktika Rusiya ilə Qərb arasında növbəti qarşıdurma meydanına çevrilə bilər

    Uzun müddət geosiyasətdən uzaq qalan Arktika Qərblə Rusiya arasında strateji maraqların toqquşması meydanına çevrilə bilər. Azadnedia.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

    Nəşrin fikrincə, münaqişənin aşağı səviyyədə olduğu Arktikanın status-kvosu “təhlükə altındadır” və bu, “soyuq müharibənin bitməsindən sonra çiçəklənən” regionda elmi əməkdaşlığa öz təsirini göstərəcək. Bloomberg yazır ki, Arktika ehtiyatları - bəlkə də milyonlarla barel neft və zəngin mineral yataqları uğrunda rəqabət güclənir.

    Qeyd olunur ki, “Rusiyanın təcrid olunması nəticəsində birdən-birə Arktikanın idarə olunması sual altına düşüb”. Arktika Şurasının iclasları keçən ildən dayandırılıb. “Rusiyanın “aparıcı kürsü”nü Norveçə təhvil verməli olduğu 11 maydan sonra nə baş verəcəyini heç kim dəqiq bilmir”, - məqalədə deyilir.

    Arktikanın Danimarka Rusiyadakı səfiri Tomas Vinkler qeyd edir ki, Rusiya Federasiyası istənilən halda şuranın üzvü olaraq qalır və buna görə də “prinsipcə” istənilən qərar və ya hərəkətdə iştirak edəcək.

    Bundan əvvəl Norveç Arktika Şurasına sədrliyin verilməsi ilə bağlı Rusiya Federasiyası ilə danışıqlar apardığını bəyan edib. Norveç hökumətinin sözçüsü Morten Hoqlund kompromis əldə etmək perspektivləri ilə bağlı “nikbin” olduğunu bildirməklə yanaşı, Rusiyanın 2023-cü ilin mayında sədrlik müddəti başa çatdıqdan sonra səlahiyyətlərin ötürülməsinin virtual formada baş tutacağını qeyd edib. Norveç nümayəndəsinin sözlərinə görə, ölkə üçün əsas vəzifə Arktika Şurasının formatını qorumaq olacaq.

    Mart ayında Arktika Şurasının Yüksək vəzifəli şəxslər komitəsinin sədri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov demişdi ki, NATO-nun Arktikada hərbi fəaliyyəti Rusiyanı təşvişə salır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR