Avropa İttifaqı (Aİ) qarşıdakı günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Aİ ölkələrinin səfirləri yeni sanksiyaları gələn həftə müzakirə edəcəklər.
Həmçinin öncəki yayılan məlumatlara görə, 11-ci sanksiyalar paketində Rusiya ərazisi ilə malların tranziti qadağan edilə bilər.
Qeyd edək ki, burada məqsədin Moskvanın sanksiyalardan yayınmasının qarşısını almaq olduğu bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.