İstanbul Atatürk hava limanı Milli Bağçasının ilk hissəsinin açılışı olacaq.
Azadmedia.az xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın iştirakı gözlənilir.
Qeyd edək ki, sözügedən park dünyanın beşinci, Türkiyənin isə ən böyük şəhər parkı olacaq.
Həmçinin 2 milyon kvadratmetr sahədə istifadəyə veriləcək Atatürk Hava Limanı Milli Bağının birinci mərhələsinin tikintisi 499 min kvadratmetr sahəni əhatə edəcək.
Bağda indiyədək 10 min 81 ağac, 41 min ədəd bitki əkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.