2022-ci ildə Rusiyanı 1.3 milyon nəfər tərk edib. Bu səbəbdən ölkə 1998-ci ildən bəri ən böyük işçi çatışmazlığı ilə üzləşib.
Belə ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Bilirilib ki, Rusiya Mərkəzi Bankı 14 min işəgötürən arasında sorğu keçirib və məlum olub ki, işçilərin sayı 1998-ci ildən bəri ən aşağı səviyyədədir.
Həmçinin “Son üç ildə Ukraynada pandemiya və genişmiqyaslı müharibə səbəbindən Rusiyanın əhalisi 2 milyon azalıb. Xüsusilə, 1,3 milyona qədər insan Rusiyanı tərk edib. Onların da əksəriyyəti qabaqcıl sənayelərdə çalışan çoxlu gənc və ali təhsil almış insanlardır. Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Telekommunikasiya Nazirliyi İT işçilərinin təxminən 10%-nin (100 min) ölkəni tərk etdiyini və geri qayıtmadığını bildirib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, səfərbərlik, yüksək miqrasiya, əhalinin qocalması və azalması işçi qüvvəsi azaldıb. Bu da Rusiya iqtisadiyyatının potensial artımını azaldacaq və inflyasiya riskini artıracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.