SEPAH-ın quru qoşunları termobarik döyüş başlığı ilə təchiz edilmiş yerli istehsal olan raketi sınaqdan keçirib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, "Fəcr-5" raketinin termobarik döyüş başlığı ilə təchiz ediblər. "Fəcr-5" 333 mm-lik raketdir və texnikanın idarə olunan versiyası artıq SEPAH-ın quru qüvvələrinə təhvil verilib", - məlumatda deyilir.
Qeyd edilir ki, yeni döyüş başlığının dağıdıcı gücü trinitrotoluoldan 1,5 dəfə çoxdur ki, bu da raketin məhvetmə radiusunu və istilik effektini artırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.