AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serbiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək - SON DƏQİQƏ

  • + A
  • - A
  • 8-05-2023, 09:03

    Serbiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək -


    Serbiya Prezidenti Aleksandar Vuçiç atışmalardan sonra ölkədəki bütün məktəblərin silahlı polis tərəfindən qorunacağını deyib.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Belə ki, “Onlar yaxşı silahlanmış, təchiz edilmiş və güc tətbiq etməyə hazır olacaqlar”, - Prezident bildirib.

    Həmçinin bundan əvvəl Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra istefa verib. Belqrad hakimiyyəti mayın 3-də və 5-də baş vermiş qırğınlarda həlak olanların xatirəsini yad edib.

    Qeyd edək ki, Vuçiç ölümlə nəticələnən iki atışmadan sonra silahlara nəzarəti yaxşılaşdırmaq və məktəblərin təhlükəsizliyini gücləndirmək üçün bir sıra sərt tədbirlər təklif edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR