Rusiya Federasiyasının Avropa Birliyinin sanksiya siyahılarında yer alan fiziki şəxslərin və şirkətlərin dondurulmuş aktivlərinin məbləği hazırda təxminən 24,1 milyard avro təşkil edir.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Brüsseldə keçirilən brifinqdə bildirib.
"Hazırda biz Aİ-də sanksiya altında olan fiziki şəxslərin və şirkətlərin təxminən 24,1 milyard aktivlərini dondurmuşuq", - Viqand qeyd edib.
Avropa Komissiyasının nümayəndəsi xatırladıb ki, sanksiyaya məruz qalan şəxslərin və təşkilatların aktivləri birbaşa müsadirə olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.