Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Müdəfiə və Təhlükəsizlik Sammiti çərçivəsində aparılan müzakirə zamanı deyib. Diplomat Çinin eyni zamanda Aİ-nin vacib tərəfdaşı olaraq qaldığını vurğulayıb.
Belə ki, Çin Rusiyaya qarşı öz nüfuzundan istifadə edərək müharibənin bitməsinə yardım edə bilər:
Qeyd edilib ki, “Biz Rusiyanın Çinin əllərinə düşməməsi üçün çox diqqətli və diplomatik davranmalıyıq və Çindən müharibəni dayandırmaq üçün öz nüfuzundan istifadə etməsini istəməliyik. Prezident Sinin Prezident Zelenskiyə zəng etməsi çox yaxşıdır. Biz Çinə qarşı öz strategiyamızı müəyyənləşdirərkən, onun öz məsuliyyətinə uyğun davranmasını tələb etməliyik – bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.