ABŞ Prezidenti Co Bayden, İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft və neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar təqdim edib.
Bu barədə Azadmedia.az xarici mətbuata istinadən xəbər verir.
Bildirilib ki, Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq üçün hazırlanan hesabatlarla bağlı Maliyyə, Energetika nazirliklərinə və Dövlət Departamentinə sirkulyar təqdim edib.
Qeyd edək ki, ABŞ lideri bu vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.