Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib.
Seçkilərin ikinci turu mayın 28-i baş tutacaq.
Səslərin hesablanmasına görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.