Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan əmin edib ki, mayın 28-də ikinci turu keçiriləcək respublika başçısı seçkilərindən sonra ölkəsinin Rusiyaya qarşı siyasəti dəyişməyəcək. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Seçkilərə qədər apardığımız siyasəti davam etdirəcəyik. Biz təmasda olduğumuz Rusiya, ABŞ, Çin və Qərbə münasibətdə bunu dəyişmək fikrində deyilik. Eyni ruhda davam edəcəyik”, - deyə Ərdoğan çərşənbə axşamı CNN Türk telekanalında bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.