Rusiya Müdafiə Nazirliyi hüquq-mühafizə orqanları ilə birlikdə Belqorod vilayətinin Qrayvoron rayonunun ərazisini Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupundan təmizləməyə davam edir.
Azadmedia.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
Qeyd edək ki, ötən gün Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası Azad Rusiya Legionu ilə birlikdə Belqoroda daxil olub. Nəticədə diversantlar Qrayvoron şəhərini ələ keçiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.