AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə seçkiləri: Bu gün ölkə xaricində səsvermə başa çatır

  • + A
  • - A
  • 24-05-2023, 09:53

    Türkiyə seçkiləri: Bu gün ölkə xaricində səsvermə başa çatır

    Bu vaxta qədər Türkiyə xaricində prezident seçkilərinin ikinci turu üçün 1 733 940 seçici səs verib.

    AzadMedia.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb.

    Bildirilib ki, xaricdə səsvermə bu gün başa çatır. 28 may saat 17.00-a qədər gömrük məntəqələrindəki səsvermə prosesi isə davam edəcək.

    Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR