İran Rusiyaya PUA və digər hərbi məhsullarını Xəzər dənizi vasitəsilə göndərir.
Azadmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, yük gəmilərinin hərəkətlərini izləyən ekspertlər CNN əməkdaşlarına bildiriblər ki, Xəzər dənizi vasitəsilə böyük ölçüdə “Şahid” PUA-ları, minaatanlar və digər silahlar göndərilir.
“Xəzərdəki yük gəmilərinin əksəriyyəti tez-tez transponderlərini (avtomatik identifikasiya sistemi) söndürürlər, halbuki bu sistem daim açıq qalmalıdır”, - məlumatda qeyd olunub.
“Lloyd's List Intelligence” də məlumat verib ki, ötən ilin sentyabrından Xəzərdə öz hərəkət məlumatlarını gizlədən yük gəmilərinin sayı artıb:
“Əsasən bunlar Rusiya və İran bayraqları ilə üzən gəmilərdir, onların arasında texniki xüsusiyyətlərinə görə hərbi yüklərin daşınması üçün yararlı olan çoxlu gəmi var. Çox vaxt Xəzərdəki gəmilər İranın Əmirabad və Ənzəli limanları yaxınlığında, həmçinin Rusiyanın Volqa və Həştərxan limanı yaxınlığında avtomatik identifikasiya sistemini söndürürlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.