AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə prezidentinin andiçmə mərasimi bu tarixdə baş tutacaq

  • + A
  • - A
  • 30-05-2023, 10:34

    Türkiyə prezidentinin andiçmə mərasimi bu tarixdə baş tutacaq

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2 və ya 6-da baş tutacaq. Həmin gün Ərdoğan hökumətinə daxil olacaq nazirlərin adlarını açıqlayacaq.

    Prezident və parlament seçkilərinin yekun nəticələri çərşənbə axşamı Ali Seçki Komissiyası tərəfindən açıqlana bilər. İyunun 2-si cümə günü 28-ci çağırış millət vəkilləri and içəcək və Türkiyə Böyük Millət Məclisinin (parlament) sədrliyinə namizədlərin 5 günlük baxılması prosesi başlayacaq.

    Azadmedia.az xəbər verir ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Ərdoğanın yeni Nazirlər Kabinetində öz vəzifələrini qoruya biləcəyi barədə məlumat yayılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR