Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında partlayış nəticəsində beş nəfərin həlak olduğu qeyd edilib.
Partlayışın yanğın nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda partlayışla bağlı təhqiqat aparılır.
Mənbəı; Anadolu agentliyi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.