AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qorxmaz Hüseynovun Gülənçi oğlunun müəmmalı biznesi: 100 milyonu keçib…

  • + A
  • - A
  • 15-05-2018, 10:28

    Qorxmaz Hüseynovun Gülənçi oğlunun müəmmalı biznesi: 100 milyonu keçib…














    Fətullah Gülənə bağlı şəbəkəyə aid olduğu bildirilən Araz Hüseynov bu gün Azərbaycanın ən perespektivli gənc iş adamlarından biri hesab olunur; Araz Hüseynov on milyonlarla vəsaiti hardan və necə qazanıb? Doğurdanmı gənc iş adamı bütün başarılarını və sərvətini öz gücüylə əldə edib?

    Azərbaycanda biznes məkanında çalışan və boy göstərən iş adamlarının böyük əksəriyyəti məmur övladlarıdır. Hamıya aydındır ki, bir çox sahələrdə monopoliya sahibləri olan məmurlar korrupsiya yolu ilə dövlətdən və xalqdan oğurladıqları pulları biznesə yatırırlar. Təəssüf doğuran məqam odur ki, məmurlar pullarının böyük hissəsini xarici ölkələrin iqtisadiyyatına qoyurlar.

    Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCOM) Latviyanın “ABLV Bank”ına sanksiya tətbiq edib. Bu sanksiya Avropa Birliyi ölkələrində açıq havada “göy gurultusu” effekti yaradıb. Bundan sonra sözü keçən bank bağlanıb və Latviya Mərkəzi Bankının sədri işdən azad edilərək məsuliyyətə cəlb edilib. Ölkə mətbuatında yayılan məlumatlara görə “ABLV Bank”ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurları korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıblar. Saytımıza daxil olan məlumata görə, “ABLV Bank”ın Bakı ofisinin “xidmətlərindən” “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynov da istifadə edib. Bu barədə növbəti yazımızda məlumat verəcəyik. Hələlik isə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun oğlunun necə biznesmen olmasına aydınlıq gətirək.

    Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda bir çox yüksək rütbəli məmur övladlarının bizneslə məşğul olması artıq adi hala çevrilib. Heç bir əziyyət çəkmədən hazıra nazir olan olan “papanın gül” balaları özlərinin dəbdəbəli həyatları ilə də daim gündəmdə olurlar. Belə məmur övladlarından biri də “Azərsu” prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovdur. Fətullah Gülənə bağlı şəbəkə ilə yaxın münasibətlərdə olduğu bildirilən Araz Hüseynov bu gün Azərbaycanın ən perespektivli gənc iş adamlarından biri hesab olunur. Bəs Araz Hüseynov on milyonlarla vəsaiti hardan və necə qazanıb? Doğurdanmı gənc iş adamı bütün başarılarını və sərvətini öz gücüylə əldə edib?

    Təbii ki, yox. Araz Hüseynov uzun müddət “Azərsu” ASC-nin böyük tenderlərini öz nurçu dostlarına “hədiyyə” edən bir şəxs kimi bilinir. Hazırda “Azərsu” ASC-də məhz Araz Hüseynovun patronajlığı altında fəaliyyət göstərən böyük bir nurçu şəbəkəsinin də olduğu məlumdur. Bu barədə “Azərsu” ASC -də çalışanların çoxları məlumatlıdırlar. Və “Azərsu” ASC-nin böyük tenderlərini də bir qayda olaraq ancaq nurçular qazanırlar.
    Lakin bu hələ Araz Hüseynovun sərvətinin, həm də on milyonlarla olan sərvətinin təkcə tenderlər vasitəsi ilə qazanması anlamına gəlmir. Qeyd edək ki, “Azərsu” ASC ölkənin ən çox korrupsiyaya yuvarlamış dövlət şirkəti kimi tanınır. Bu şirkətin həyata keçirdiyi milyardlıq layihələr bir qayda olaraq alayarımçıq həyata keçirilir. Burada böyük mənimsəmələrin olması ölkənin su-kanalizasiya sistemində olan problemlərlə uzaqdan görünür. Məhz büdcədən mənimsənilən pullar hesabına “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov oğlu üçün həm Azərbaycanda, həm də Azərbaycandan kənarda böyük biznes şəbəkəsi qurmağa nail olub.

    Araz Hüseynovun biznes sahələrindən biri də aqrar sahədir. Belə ki, “Azərsu” ASC-nin prezidentinin oğluna mənsub olan “Natural Aqro” MMC şirkəti hazırda ölkədə aqrar sahədə çalışan ən böyük şirkətlərdən biri hesab olunur. Bu şirkətin payçılarından biri “Bank Respublika”nın sahibi kimi tanınan Natiq Quliyev olsa da, əslində bu şirkətdə söz sahibi birbaşa Qorxmaz Hüseynovun özünün olduğu bildirilir.

    Ölkənin müxtəlif yerlərində kənd təsərrüfatı sahəsinə yatırımlar qoyan bu şirkət günü-gündən böyüməkdə davam edir. Ölkəmizdə yerli şirkətlərin açılmasını və inkşaf etməsini daim alqışlayırıq. Lakin bu şirkətlərin bəziləri dövlətdən və xalqdan oğurlanan pullar hesabına yaranıb və yaranmaqda davam edir. Bu sıraya “Natural Aqro” MMC-də var və Araz Hüseynov on milyonlarla manat kapitalı olan bu şirkətə qoyulan pulların mənbəyini göstərə bilərsə, biz təbii ki, ona minnətdar olar və bu iddilara görə də ondan üzr istəməyə hazırıq. Lakin əldə etdiyimiz məlumatın da səhihliyinə əminik və bildirirk ki, “Natural Aqro” MMC şirkətinin bir ortağı Natiq Quliyev iş dünyasından olsa da, digər ortağı korrupsiya nəticəsində milyonlar əldə etmiş “Azərsu” rəhbərinin oğludur.

    Məlumatlara görə, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynov xarici ölkələrdə belə riskli biznes sahələrinə kaital qoymaqdan da çəkinmir. Xaricdəki bizneslərini isə nurçu dostları ilə birlikdə idarə edir.

    Məsələn, Araz Hüseynovun qardaş Türkiyədə böyük biznesi var. Gənc Hüseynovun Türkiyədə spirt biznesindən tutmuş turizm sektoruna qədər müxtəlif sahələrdə çalışdığı bildirilir. Türkiyədəki bəzi nurçu dairələr isə onun biznesinin çiçəklənməsi üçün yardımçı olurlar.

    Mənbənin iddiasına görə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovun son illərdə yaratdığı biznes sahələrinin ümumilikdə 100 milyondan artıq dəyəri var və nurçu şəbəkənin də nəzarətində olan bu biznes qurumları sürətlə böyüməkdə davam edir.(azfakt.com) Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR