Ermənistanda ehtiyatda olan hərbçilərin təlimləri başlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənintan hökuməti qərar qəbul edib.
Belə ki, məlumata görə, 2023-cü il avqustun 1-dən oktyabrın 13-dək Ermənistanda sıravi əsgərlərin, zabitlərin, eləcə də birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyatda olan gizirlərin təlim-məşq toplanışları elan ediləcək.
Qeyd edək ki, toplanışa ümumilikdə 2352 şəxs və 205 nəqliyyat vasitəsi cəlb olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.