Atlantik okeanının sularında, "Titanik"in batdığı yerin yaxınlığında itmiş sualtı "Titan"ın axtarışı zonasında naməlum qalıqlar aşkar edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi Twitterdə məlumat yayıb.
Qeyd edək ki, "Həmin dağıntıların olduğu ərazi "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər komandanlıq ilə birlikdə bu məlumatı araşdırırlar", - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.