NATO-nun yaranmasından bəri keçirilən ən böyük hava təlimi başa çatıb.
Azadmedia.az xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi “Air Defender 2023”ə Türkiyə də daxil olmaqla 25 ölkədən 250 təyyarə və 10 mindən çox pilot qatılıb.
Belə ki, təlimdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd F-16 təyyarəsi də iştirak edib.
Qeyd edək ki, Almaniya hava məkanında və Şimal dənizində təlim keçirmək üçün təkcə ABŞ-dən Almaniyaya 110-a yaxın təyyarə gəlib. ABŞ təyyarələri ölkənin 35 müxtəlif əyalətindən havaya qalxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.