Ermənistan bunu Qarabağın erməni icmasında gözlənilən humanitar fəlakətin səbəbi kimi təqdim etməyə çalışır.
Azadmedia.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov deyib.
Belə ki, Markov bildirib ki, “Ermənistan Azərbaycanı blokadada, Rusiyanı isə bu blokadaya yol verməkdə ittiham edir. Azərbaycan iddia edir ki, Ağdamdan keçən yolla Qarabağdakı erməni icmasını tam təmin etmək mümkündür. Ermənistan isə Ağdamdan keçən yolu bağlayıb. İrəvan bununla AB-nin təsiri altında olan beynəlxalq strukturları Qarabağdakı münaqişəyə müdaxilə etmək və Rusiyanın əvəzinə onu nəzarətə götürmək istəyir. Çünki hazırda Ermənistanın əsas müttəfiqi AB-nin xarici siyasətinin lideri olan Fransadır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.