AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerikayönlü antiterror koalisiyası Suriyanın hava məkanında təhlükəli vəziyyət yaradıb - Kulit

  • + A
  • - A
  • 23-08-2023, 23:04

    Amerikayönlü antiterror koalisiyası Suriyanın hava məkanında təhlükəli vəziyyət yaradıb -


    Amerikayönlü antiterror koalisiyanın qırıcıları və pilotsuz uçuş aparatları son sutka ərzində Suriyanın hava məkanda 26 dəfə təhlükəli vəziyyət yaradıb. Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.

    “Beynəlxalq hava yollarının keçdiyi Tənf bölgəsində üç cüt “F-35” qırıcısı, iki cüt “F-16” qırıcısı, bir cüt “Rafal” qırıcısı və bir çoxməqsədli koalisiya “MQ-1C” pilotsuz təyyarəsi tərəfindən gündə 17 qayda pozuntusu qeydə alınıb”, - deyə V.Kulit qeyd edib.

    Bundan əlavə bildirilib ki, avqustun 21-də saat 23:03-dən 23:10-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” taktiki qırıcısı işğal altındakı Colan yüksəkliklərinin hava məkanından Dəməşq yaxınlığındakı obyektlərə səkkiz qanadlı raketlə hücum edib. İsrailin hava hücumu nəticəsində bir suriyalı əsgər yaralanıb.TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR