Hüquqi baxımdan Qarabağ bölgəsində doğulan etnik ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Lakin Qarabağın işğalı zamanı Ermənistan ilhaq siyasəti apararaq, demək olar ki, bütün rayon sakinlərinə qeyri-qanuni pasportlar verib. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Dövlət Başçısı Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TRT World telekanalına açıqlamasında deyib.
H.Hacıyev qeyd edib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycanın suverenliyini, qanunlarını tanıyırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.