Çexiya Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu nəticəsində yaranan təhlükəsizlik vəziyyətilə əlaqədar Moldovadakı səfirliyində hərbi attaşe postu yaradıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.
Belə ki, hərbi diplomatın vəzifələrinə müdafiə sahəsində əlaqələrin gücləndirilməsi və Çexiyanın təhlükəsizliklə bağlı industriyasının dəstəklənməsi daxildir.
Qeyd edək ki, Çexiyanın Moldovadakı səfiri Stanislav Kazetski Müdafiə Nazirliyinin də Moldovaya hərbi attaşe göndərilməsilə ilə bağlı məlumatı təsdiqlədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.