AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik etdi

  • + A
  • - A
  • 22-09-2023, 20:30

    ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik etdi

    ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Azadmedia.az xəbər verir ki, məktubda deyilir:

    "Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır.

    Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm.

    Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR