Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror əməliyatları zamanı Masallı rayonu, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin Allahyarlı kəndindən olan əsgər Məmmədov Ramil Habil oğlu şəhid olub.
Azadmedia.az Asiya.az-a istinadla xəbər verir ki, şəhid bu gün doğulduğu Allahyarlı kəndində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkilləri - Məşhur Məmmədov, Razi Nurullayev, rayonun hüquq mühafizə, idarə-müəssisə rəhbərləri, din xadimləri, ictimaiyyat nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov cənazəyə bürünmüş üç rəngli Dövlər bayrağını öpüb, şəhidin atası Habil Məmmədova təqdim edərək, Xalq şairi Səməd Vurğunun “Ölüm sevinməsin qoy” şeirini söyləyib.
“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...”