İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlük müraciətinin bu ay ərzində Türkiye Böyük Millət Məclisində (TBMM) təsdiqlənəcəyini əminliklə deyə bilməyəcəyini bildirib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, ölkəsinin NATO müraciəti ilə bağlı İsveç mətbuatına açıqlama verən Kristersson İsveçin NATO üzvlüyünə Türkiyenin qərar verəcəyini vurğulayıb.
Belə ki, Kristersson "NATO üzvlüyümüzün oktyabrda təsdiqlənəcəyinə söz verə bilmərəm. Bu qərar Türkiyeyə məxsusdur, Türkiye öz qərarlarını verir" deyib.
Həmçinin baş nazir Kristersson deyib: "Hər kəs bunu belə şərh edir ki, İsveçin NATO-ya üzvlüyü parlament açıldıqdan sonra təsdiqlənəcək. Parlament artıq açılıb. Hesab edirəm ki, İsveçin NATO üzvlüyünün təsdiqlənməsinin vaxtı çatıb".
Bundan əlavə, İsveçin müdafiə naziri Pal Conson da Türkiye ilə yaxşı münasibətlər qurmaq istədiklərini bildirib.
Conson Polşada keçirilən “Varşava Təhlükəsizlik Forumu”nda Türkiyenin ölkəsinin NATO üzvlüyünə yanaşması ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, "Türkiye bizim mühüm müttəfiqimizdir. Biz NATO-ya üzv olanda Türkiye ilə yaxşı münasibətlər qurmaq istəyirik. Bununla belə, hazırda yaxın zamanda üzv olmağımızın vacib olduğunu düşünürəm" , - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.