AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

300 milyon adam iqlim dəyişikliyinə son dərəcə həssas olan yerlərdə yaşayır - Emi Poup - BMT

  • + A
  • - A
  • 8-10-2023, 09:07

    300 milyon adam iqlim dəyişikliyinə son dərəcə həssas olan yerlərdə yaşayır -



    Birləşmiş Millətlər Təşkilatı Miqrasiya qurumunun baş direktoru Emi Poup yüz milyonlarla adamın iqlim dəyişikliyi üzündən yerdəyişmə riski altında olduğunu bildirib.

    Azadmedia.az TRT-yə istinadən bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədə keçirdiyi "Miqrasiya üzrə beynəlxalq dialoq" tədbirindən sonra mətbuat nümayəndələrinə açıqlamalar verən BMT nümayəndəsi iqlim dəyişikliyi və insan hərəkətini müqayisə edərək deyib: "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) əsasən, 300 milyon adam iqlim dəyişikliyinə son dərəcə həssas olan yerlərdə yaşayır. Bu, o deməkdir ki, tədbirlər görülməsə, yüz milyonlarla insan iqlim dəyişikliyi səbəbindən köçkünlük riski ilə üzləşəcək. Siyasətçilər, hökumətlər və qeyri-hökumət təşkilatları mümkün qədər fəal düşünməli və sürətli hərəkət etməlidirlər. İqlim dəyişikliyinin birbaşa təsiri nəticəsində 2050-ci ilə qədər 216 milyon adamın öz ölkələri daxilində miqrasiya edə bilərcəyi proqnozlaşdırılır. Düşüncək ki, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 50 faizi daşqınlara, tufanlara və sunamilərə məruz qalan sahil bölgələrində yaşayacaq, bu hesabla 2100-cü ilə qədər dünya əhalisinin 50-75 faizi həyat üçün təhlükə yaradan temperatur və rütubət şəraitinə məruz qalacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR