AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin müdafiə naziri Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik və su verilməyəcəyini bildirdi - Son dəqiqə

  • + A
  • - A
  • 10-10-2023, 21:45

    İsrailin müdafiə naziri Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik və su verilməyəcəyini bildirdi -


    İsrail blokadada olan Qəzza zolağına elektrik və suyu kəsdikdən sonra Fələstin rəhbərliyi təcili ərzaq və tibbi ləvazimat tələb edib.
    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx verdiyi yazılı açıqlamada İsrailin oktyabrın 7-dən etibarən bütün sərhəd-keçid məntəqələrini bağladığını, Fələstin rəhbərliyinin Qəzza zolağına ərzaq və tibbi ləvazimatların dərhal daxil olmasını tələb etdiyini bildirib.
    Belə ki, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirib.

    Qeyd edək ki, İsrailin enerji naziri Yisrael Katz da dünən təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağına su axınının kəsildiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR