AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu rəhbəri könüllülər ilə görüş keçirib, sertifikatlar təqdim edib - Fotolar

  • + A
  • - A
  • 26-10-2023, 21:28

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu rəhbəri könüllülər ilə görüş keçirib, sertifikatlar təqdim edib -



    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) könüllülər ilə görüş keçirib, sertifikatlar təqdim olunub.


    Azadmedia.az xəbər verir ki, bu gün
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) rəhbəri Prof. İbrahim Cəfərov aqrar inkişaf könüllüləri ilə görüşüb.

    Belə ki, görüşdə aqrar sahədə aktual məsələlərin müzakirəsi, təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi aparılıb.

    Həmçinin BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov vurğulayıb ki, “Ulu Öndər Heydər Əliyev ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də sistemin qurulması və inkişafında müstəsna rolu olub. Ümummilli liderin aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb. Bugün də bu islahatlar cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Gəncədə yerləşən universitetlərin müxtəlif ixtisaslarında təhsil alan siz gəncləri birləşdirən də aqrar sahəyə olan sevginizdir. Hər kəsə bu sahədə uğurlar arzu edirəm.”


    Sonda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu rəhbəri tərəfindən könüllülərə müvafiq sertifikatlar təqdim edilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR