AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad olunan ərazilərinə səfəri davam edir - KİV

  • + A
  • - A
  • 4-11-2023, 17:42

    Beynəlxalq səyyahlar qrupunun işğaldan azad olunan ərazilərinə səfəri davam edir -



    Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

    Belə ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrup Ağdam şəhərinə gəlib.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

    50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

    Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.

    Onlar bu gün səhər saatlarında Füzuli və Şuşaya səfər ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR