Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan belaruslu həmkarı Sergey Aleynik ilə görüşüb. Azadmedia.az xəbər verir ki, görüşdə regional məsələlər və ikitərəfli əlaqələr müzakirə olunub. Belə ki, Rusiya-Ukrayna münaqişəsinə toxunan Hakan Fidan bu problemin qlobal və regional səviyyədə mənfi təsirlərindən söz açıb.
Qeyd olunub ki, Türkiyə bu qarşıdurmanın beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Tərəflər arasında bu istiqamətdə fikir birliyi yarandığı təqdirdə Türkiyə müzakirələrə ev sahibliyi etməyə hazırdır.
Görüş zamanı İsrail-Fələstin qarşıdurmasına da toxunulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.