Britaniyanın BBC yayım korporasiyası HƏMAS yaraqlılarının "Əş-Şəfa" xəstəxanasından istifadəsinə dair dəlil olmadığı barədə məlumat yaydığı üçün üzr istəməlidir. Azadmedia.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Peter Lerner deyib.
Belə ki, onun sözlərinə görə, İsrail hərbçiləri xəstəxananın altında 50 metr uzunluğunda zirehli qapısı olan tunel, həmçinin odlu silahlar, rabitə vasitələri aşkar ediblər:
“HƏMAS yalan danışdı və xəstəxanadan istifadə etdiyini təkzib etdi. Ümumdünya Səhiyyə Təşkilatının bunu qınamasını gözləyirik. BBC də üzr istəyəcəkmi? BBC-nin beynəlxalq xidmətinin redaktoru Ceremi Bouen “mən səhv etdim” deyəcəkmi?”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.