AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Müharibə veteranlarının təqaüdü iki dəfə artırılmalıdır" - Deputatdan AÇIQLAMA

  • + A
  • - A
  • 23-11-2023, 13:18


    "Müharibə veteranlarına verilən təqaüdün məbləği ən azı iki dəfə artırılmalıdır".

    Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, onlar müharibənin bütün sıxıntılarını yaşamış insanlardır:

    "Doğrudur, burada da müəyyən məqamda çeşidləmə lazımdır. Bəzi insanlar müxtəlif vasitələrlə bu adı alıblar. Haqqı çatmayan insanların bir-iki günlük ezamiyyətdə aldıqları müharibə veteranı adları var. Amma xeyli hissə döyüş bölgəsində fədakarlıq edib və əziyyət çəkib. Bunları nəzərə almaq lazımdır. Onların təqaüdlərinin 2 dəfə artırılması zəruridir və bu cəmiyyətdə ədalətli addım kimi qəbul olunar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR