AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-11-2023, 20:44

    Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib -


    Bakı, 29 noyabr — Azadmedia.az


    Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyət və sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda seminar müşavirə keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirdə
    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev, Yasamal rayon polis idarəsinin rəisi Cəmil Əmirov, Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal RİHB-ının birinci müavini Hüseyn Əfəndiyev, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun müavini Tanrıverdi Aydınov, Narkoloji mərkəzin direktoru Qalib Məmmədov, Əməkdar İncəsənət xadimi Fəxriyyə Xələfova, media nümayəndələri və məktəblilər iştirak ediblər.

    Belə ki, tədbirdən öncə rayon gənclərinin çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirilib.

    Daha sonra mövzu ətrafında Yasamal Rayon İH-nin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev, Yasamal rayon polis idarəsinin rəisi Cəmil Əmirov, Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyev və digər qonaqlar seminar-müşavirə iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıblar.

    Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası davam edir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam və milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır.

    Bildirilib ki, narkomaniya ilə mübarizə Yasamal rayonunda da uğurla aparılır. Rayonda müasir parklar salınıb, asudə mərkəzləri yaradılıb, yeni futbol meydançaları istifadəyə verilib, əhalinin məşğulluq problemi tədricən həll edilir. Bir sözlə, sosial məsələlərin həlli narkomaniyanın qarşısını kəsir.

    Seminar-müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov gənclərə öz tövsyyələrini verib. İcra başçısı gənclərə elmə, təhsilə və idmana xüsusi diqqət ayırmağı məsləhət görüb və bildirib ki, pis vərdişlərdən nə qədər uzaq dursalar bir o qədər özlərinin gələcəyini yaxşı şəkildə təmin edəcəklər.

    Tədbirdə çıxış edən millət vəkili Ülvi Quliyev,
    narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olduğunu vurğulayıb. Millət vəkili həmçinin, “Ağ ölüm”ün əsasən gənclər arasında yayıldığını bildirib, onların hansı mühitdə, necə narkotik vasitələrin təsiri altına düşməsi, cəmiyyətdə özlərini necə aparmaları, davranışları və özlərini bu bəladan necə qorumalarından danışıb. Bundan başqa bu yöndə təbliğat və profilaktika işlərinin daha düzgün şəkildə aparılmasının zəruriliyini qeyd edib.

    Yekunda tələbələrin ünvanladığı suallar ətraflı cavablandırılıb.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR