BMT-nin Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil olunacaq Ümumdünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqlim Dəyişikliyi - COP28, cümə axşamı Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP28 Tərəflər Konfransının Birləşmiş Ərəb Əmirliklərində keçirilən 28-ci sessiyası və bu tədbirin yüksək səviyyədə təşkili münasibətilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təbriklərini çatdırdı.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin sərmayələri ilə 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyasının yaradılması və açılış mərasimində BƏƏ-nin 4 nazirinin iştirakı ölkələr arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış müqavilələrə uyğun olaraq, bərpa olunan enerji mənbələrindən enerji istehsalının həcmi 10 gigavata çatdırılacaq.
Söhbət zamanı ölkələrimizin yaratdığı müştərək investisiya fondunun əhəmiyyəti qeyd edilib, bunun ticari-iqtisadi əlaqələrin, qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
SOCAR ilə Abu Dabi Milli Neft Şirkəti - ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakının vacibliyi vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin AD Ports Group ilə Azərbaycan arasında gəmiçilik, nəqliyyat və logistika sahələrində limanlararası əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri qaldırılıb, Orta Dəhliz istiqamətində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın böyük perspektivləri müzakirə edilib. qeyd etdi.
Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edildi.
Görüşdə həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.