AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apple “Foxconn” zavodunda istehsalı dayandırmaq məcburiyyətində qaldı - KİV

  • + A
  • - A
  • 5-12-2023, 18:45

    Apple “Foxconn” zavodunda istehsalı dayandırmaq məcburiyyətində qaldı -



    Texnologiya nəhəngi olan “Apple” Hindistandakı yağışlar səbəbindən şirkətin məhsullarının istehsal olunduğu “Foxconn” zavodunda istehsalı dayandırmaq məcburiyyətində qalıb.
    Azadmedia.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Tayvana aid “Foxconn” və “Pegatron” şirkətlərinin Hindistanın Şennay şəhərində yerləşən zavodları yaxınlığındakı güclü yağışlarla əlaqədar olaraq, iPhone məhsullarının istehsalı yarımçıq qalıb. Belə ki, Tamil Nadu əyalətinin paytaxtı olan Şennayda ardı-arası kəsilməyən yağış sabaha proqnozlaşdırılan qasırğaöncəsi hava hadisəsi kimi qiymətləndirilib. Təbii fəlakət nəticəsində indiyədək ən azı 2 nəfər həyatını itirib, habelə ölkənin əsas hava limanlarından biri su altında qalıb.

    Qeyd esək ki, şirkətə yaxın mənbələr Şennaydakı iPhone zavodunda təxminən 35.000 nəfəri işlə təmin edən “Foxconn” şirkətinin bu gün istehsala davam edib-etməyəcəyi ilə bağlı hələ qərar qəbul etmədiyini bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR