AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “DİN sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 7-12-2023, 17:53

    Masallıda “DİN sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir keçirilib -


    Masallı, 7 dekabr — Azadmedia.az


    Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəyəçöl kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır!” və “Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq” (DİN) mövzularında tədbir həyata keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bildirib ki, “Ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur.”
    Ağayev vurğulayıb ki, “Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.”

    Bundan başqa Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq, Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətlə bağlı məktəblilərə məlumat verilib. Polis akademiyasının ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışılıb.

    Daha sonra müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib.

    Qeyd edək ki, sonda məktəblilərin sualları ətraflı şəkildə cavablandırılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR