Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Xankəndidə sülhməramlı kontingentə məxsus texnikanın qəzaya uğraması barədə məlumat yayıb.
Azadmedia.az xəbər verir ki, məlumatda Rusiya Federasiyasının sülhməramlı hərbi hissəsinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində bir əsgərin həlak olduğu, daha 2 əsgərin isə orta və ağır bədən xəsarətləri aldığı bildirilib.
Qeyd edilib ki, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib:
"Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxanaya aparılıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.