AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bitki mühafizə və Texniki bitkilər ETİ-də fermerlərin payız-qış qayğıları ilə əlaqədar elmi-praktiki seminar keçirilib - Fotolar

  • + A
  • - A
  • 13-12-2023, 21:18

    Bitki mühafizə və Texniki bitkilər ETİ-də fermerlərin payız-qış qayğıları ilə əlaqədar elmi-praktiki seminar keçirilib -


    Gəncə, 13 dekabr — Azadmedia.az


    Bitki mühafizə və Texniki bitkilər ETİ-də (BMTBETİ) elmi-praktiki seminar keçirilib.

    Azadmedia.az xəbər verir ki,
    Bitki mühafizə və Texniki bitkilər ETİ-də fermerlərin payız- qış qayğıları ilə əlaqədar elmi-praktiki seminar təşkil olunub.

    Öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Belə ki, seminarda BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov, bölgə fermerləri, mütəxəssislər, DAİM əməkdaşları, magistrantlar və media nümayəndələri iştirak ediblər.

    BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov vurğulayıb ki,
    “Ölkəmizdə bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı bu il də davam etməkdədir. Məhz bunun nəticəsidir ki, bu ilin arxada qalan zamanlarında da bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yüksək məhsuldarlıq əldə edilib. Bugün məhsuldarlıq düzgün elmi əsaslarla aparılan qulluqdan asılıdır. Fermer bilməlidir ki, bağlarda ve sahələrində yüksək məhsuldarlıq üçün ilk iş təməli qışa hazırlıqdan başlayır. Vaxtinda qulluq ve müdaxilə müsbət nəticələr verə bilər”.

    Eyni zamanda, məsul qurum nümayəndələri, aqrar sahədə çalışanlarla və DAİM əməkdaşları ilə geniş müzakirələr aparılıb.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR