Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı həm 13, həm də 14-cü sanksiyalar paketini hazırlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən yazıb.
Belə ki, siyasətçinin fikrincə, yeni tədbirlərin hazırlanması çox vaxt aparmayacaq.
Həmçinin “Onlar tezliklə üzv ölkələrə təqdim olunacaq”, – avrodeputat vurğulayıb.
Qeyd edək ki, Estoniya parlamentinin deputatı Yana Toom əlavə edib ki, yeni sanksiyaların qəbulu təşəbbüsü böyük ehtimalla əsasən Baltikyanı ölkələrdən gələcək.
“Ancaq sanksiya aləti sonsuz deyil. Bunun hardasa həddi var və, yəqin ki, tezliklə ortaya çıxacaq”, – o, qəzetə deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.