AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin subliminal mesajı - Dünya və Avrupa Çempionu Güloğlan Cabbarlı

  • + A
  • - A
  • 22-12-2023, 22:13

    Prezident İlham Əliyevin subliminal mesajı -

    Dünya və Avrupa Çempionu Güloğlan Cabbarlı


    Bakı, 22 dekabr — Azadmedia.az

    Prezidentin subliminal mesajı -

    Xankəndi stadionunda baş tutan futbol oyunu və prezident İlham Əliyev canablarının iştirakının hər anı dünyaya və düşmənə qarşı qətiyyətli bir mesaj oldu.

    Əlbəttə ki, ölkə Prezidentinin xanımı ilə birgə oyunu izləməsi, futbol ictimaiyyətinin Xankəndidə olması tarixi andır.

    Əslində, stadionda vurulmuş ilk qolun prezident tərəfindən vurulması açıq və net olan qələbə mesajı idi. Yəni “biz bu döyüşdə qalib gəldik.”

    Bu simvolik qələbə qolununun izahını cənab prezident öz çıxışında daha açıq olaraq "Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq,” deyə vurğuladı. Həmçinin, “Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!” - deyə qeyd etdi.

    Bundan əlavə, qolu vurduqdan sonra oyuna mane olmamaq üçün prezidentin qaçaraq futbol meydanını tərk etməsi oyuna əlavə bir rəng qatmış oldu.
    Bununla da bitmədi, günün fotosu - cənab prezidentin əsas mesajı futbol oyununu seyr edərkən şəhid övladlarını ətrafında otuzduraraq onlarla birgə seyr etməsi oldu.
    Ölkəmizin prezidenti, cənab Ali Baş Komandan bununla biz torpaqlarımızı şəhidlərimizin qanı hesabına aldıq və bu gün o şəhidlərin balaları Xankəndində təhlükəsiz olaraq futbol oyununu izləyir mesajını vermiş oldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR