“Fransada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi ilə bağlı xəbərlər var. Bu, Fransanın Azərbaycan mədəniyyətinə qarşı atdığı addımlardan biridir.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev bildirib. “Vaxtı ilə Ermənistandan bizə qarşı istifadə edən Fransa ölkəmizin mədəniyyətinə qarşı addımlar atır. İndi Azərbaycana, onun mədəniyyətinə qarşı belə irtica addım Fransanın əsil üzünü göstərmiş olur”,- deyə o bildirib.
Deputat Hikmət Babaoğlu da Fransada Natəvanın heykəlinin sökülməsinə etiraz edib.
“Hazırda Fransanın Azərbaycan mədəniyyətinə qarşı addımlarını görürük. 44 günlük müharibədə Fransa bizim əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmaq niyyətinə düşməyib. Bunun səbəbi bizim mədəni xalq olmağımızdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.