İsrailin baş naziri Benyamin Netanyahu yalnız Qəzza zolağında demilitarizasiya və deradikalizasiya olacağı təqdirdə Fələstinlə sülhün mümkün olacağını bildirib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV-də dərc olunan məqalədə deyilir.
Belə ki, Netanyahu Yaxın Şərqdəki münaqişəni "sivil dünyanın barbarlıqla böyük döyüşü" adlandırıb.
Həmçinin onun sözlərinə görə, HƏMAS məhv edilməli, Qəzza zolağı demilitarizasiya olunmalı, Fələstin cəmiyyəti isə radikallığa son qoymalıdır.
Qeyd edək ki, "Bunlar İsraillə Qəzzadakı fələstinli qonşuları arasında sülhün üç şərtidir", - deyə o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.